Xəbər lenti

Misir yığmasının məşhur futbolçusu terrorçular siyahısına əlavə olundu
İdman14:43 18.01.2017

Misir yığmasının məşhur futbolçusu terrorçular siyahısına əlavə olundu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Misir millisinin sabiq futbolçusu Mohammed Abutrikanın adı ölkədə qadağan olunmuş “Müsəlman qardaşları” İslam Hərəkatı ilə şübhəli bilinən terrorçular siyahısına daxil edilib.

Qaynarinfo.Az xəbər verir ki, bunu futbolçunun vəkili Mohammed Osman "Röyters"ə açıqlayıb.

Adı terrorçular sırasında göstərilənlərin hər birinə ölkədən çıxış qadağan olunub, hesabları dondurulub, pasportları etibarsız elan edilib. Vəkilin sözlərinə görə, Abutrika ona qarşı irəli sürülən ittihamlardan xəbərsiz olub və bu qərardan apellyasiya verəcək.

Misir hökuməti hələ 2015-ci ildə Abutrikanın şəriki olduğu turist şirkətinin bütün hesablarını dondurmuşdu. Buna səbəb onun “Müsəlman qardaşları” İslam Hərəkatına maliyyə dəstəyi verməsi göstərilmişdi. Futbolçu özü isə bu ittihamları təkzib etmişdi.

Qeyd edək ki, Mohammed Abutrika 2006-cı və 2008-ci illərdə Misirin heyətində Afrika Millətlər Kubokunun qalibi olub. O, 2007-ci və 2008-ci illərdə Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (İFFHS) keçirdiyi sorğuya əsasən dünyanın ən populyar futbolçusu seçilib. Abutrika 2013-cü ilin 20 dekabrında - Misir yığmasının dünya çempionatına gedə bilməyəcəyi dəqiqləşəndən sonra "Tvitter" vasitəsilə karyerasını bitirdiyini açıqlayıb. O, yığmasında 100 oyuna 38 qol vurub.

Qaynarinfo.Az