Afrika Millətlər Kubokunun finalına yüksələn Misir millisinin oyununu İstanbulda izləyən misirli tələbələr xoşagəlməz hadisə ilə qarşılaşıb.
Qaynarinfo xəbər verir ki, onlar səs-küy saldıqları üçün bıçaqlı hücuma məruz qalıblar.
Hadisə bazar ertəsi saat 01:00 radələrində Bahçelievler Hürriyyət məhəlləsində baş verib. Afrika Millətlər Kubokunun finalında Misirlə Seneqal üz-üzə gəlib. Qarşılaşma zamanı Misir yığmasının qolkiperinin penaltini dəf etməsi misirliləri sevindirib. Səs-küydən narahat olan türk qonşuları gənclərə xəbərdarlıq etmək üçün onların mənzilinə gəlib. Misirli gənclərdən birinin iddiasına görə türkiyəli qonşu qapı açılan kimi içəri girib və əlindəki bıçaqla onlara hücum edib. Hadisə zamanı otaqda 5 misirli tələbə olub.
Dava zamanı bıçaqlanan və yaralanan gənclərdən birini digər dostları xəstəxanaya aparıb. Bu anlar isə mobil telefonun yaddaşına köçürülüb.
Polislər baş verənlərdən sonra hadisə yerinə gələrək tələbələrə hücum edən şəxsi bıçağı ilə birlikdə yaxalayaraq həbsxanaya göndərib. Ağır xəsarətlərlə xəstəxanaya çatdırılan Yusif Məhəmməd Elsayedin isə vəziyyətinin yaxşılaşdığı bildirilib.