Xəbər lenti

Misirdə bütün futbol oyunları dayandırıldı
İdman06:08 12.07.2013

Misirdə bütün futbol oyunları dayandırıldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Misir Futbol Federasiyası ölkədə yaranmış vəziyyətlə əlaqədar təhlükəsizlik baxımından milli premyer liqasında mövsümün bütün futbol oyunlarını dayandırıb. 

"BBC”nin verdiyi xəbərə görə, müvafiq qərar Misir Futbol Assosiasiyasının iyulun 11-də keçirilmiş iclasında qəbul olunub. Qərar ölkənin əsas divizionuna daxil olan əksər klublar tərəfindən dəstəklənib. Misirin öndə gedən "Əl-Əhli” və "Zamalek” klublarının Afrika Çempionlar Liqasında iştirak edib-etməyəcəyi hələlik sual altındadır.

Qeyd edək ki, Misir çempionatı 2012-ci ildə də yarım ildən çox müddətə dayandırılmışdı. Buna səbəb Port-Səid stadionunda 74 nəfərin ölümü ilə nəticələnən iğtişaşlar olmuşdu.//apa

Qaynar.info