Xəbər lenti

Misli Premyer Liqası:
İdman 09:03 17.04.2026

Misli Premyer Liqası: "Araz-Naxçıvan" "Turan Tovuz"a, "Zirə" isə "Neftçi"yə qarşı

Bu gün futbol üzrə Misli Premyer Liqasında XXVIII tura start verilir.

Qaynarinfo xəbər verir ki, ilk oyun günündə iki matç keçiriləcək.

Günün ilk qarşılaşmasında "Araz-Naxçıvan" öz meydanında "Turan Tovuz"u qəbul edəcək. "SOCAR Polymer Arena"da baş tutacaq qarşılaşma saat 17:00-da start götürəcək. Naxçıvan təmsilçisi 27 turdan sonra 39 xalla altıncı, tovuzlular isə 52 xalla üçüncü yerdə qərarlaşıblar.

Günün digər qarşılaşmasında isə avrokuboklara vəsiqə uğrunda mübarizə aparan iki komanda "Zirə" və "Neftçi" üz-üzə gələcək. Zirə İdman Kompleksinin stadionunda keçiriləcək bu maraqlı qarşılaşma saat 19:30-da başlayacaq.

Qeyd edək ki, 27 turdan sonra aktivində 44 xalı olan "Zirə" dördüncü, 43 xal toplayan "Neftçi" isə beşinci yerdədir.

17 aprel

17:00, "Araz-Naxçıvan" - "Turan Tovuz"

Hakimlər: Rauf Cabarov, Akif Əmirəli, Şirmamed Mamedov, İslam Məmmədov;

VAR: Fərid Hacıyev;

AVAR: Rəhman İmami;

Hakim-inspektor: Rəhim Həsənov;

AFFA nümayəndəsi: Emin Cəfərov;

"SOCAR Polymer Arena".

19:30, "Zirə" - "Neftçi"

Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Zöhrab Abbasov, Kamran Əliyev;

VAR: Nicat İsmayıllı;

AVAR: Eyyub İbrahimov;

Hakim-inspektor: İmanxan Sultani;

AFFA nümayəndəsi: Anar Şıxəliyev;

Zirə İdman Kompleksinin stadionu.
--> -->