Xəbər lenti

Misli Premyer Liqası: "Kəpəz" "Sumqayıt"a, "Araz-Naxçıvan" "Zirə"yə qarşı
İdman09:08 27.02.2026

Misli Premyer Liqası: "Kəpəz" "Sumqayıt"a, "Araz-Naxçıvan" "Zirə"yə qarşı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bu gün Misli Premyer Liqasında XXII tura start verilir.
Qaynarinfo xəbər verir ki, turun ilk oyun günündə iki görüş baş tutacaq.
Günün ilk oyununda "Kəpəz" "Sumqayıt" ilə üz-üzə gələcək. Yevlax şəhər stadionunda baş tutacaq oyunun start fiti saat 14:30-da çalınacaq.
Günün son görüşündə isə "Araz-Naxçıvan" öz meydanında "Zirə"ni qəbul edəcək. "Liv Bona Dea Arena"da keçiriləcək qarşılaşma 18:00-da başlayacaq.
Misli Premyer Liqası
II dövrə, XXII tur
27 fevral
14:30, "Kəpəz" - "Sumqayıt"
Hakimlər: Rəşad Əhmədov, Elşad Abdullayev, Gülnurə Əkbərzadə, Ruslan Quliyev.
VAR: Rəvan Həmzəzadə.
AVAR: Şirmamed Mamedov.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Rüfət Əmirov.
Yevlax şəhər stadionu.
18:00, "Araz-Naxçıvan" - "Zirə"
Hakimlər: Rauf Cabarov, Akif Əmirəli, Zeynal Zeynalov, İslam Məmmədov.
VAR: Əliyar Ağayev.
AVAR: Teymur Teymurov.
Hakim-inspektor: Şahin Cəfərov.
AFFA nümayəndəsi: Namiq Əliyev.
"Liv Bona Dea Arena".