Xəbər lenti

Misli Premyer Liqasında mövsümün azarkeş rekordları qeydə alındı
İdman 20:08 22.11.2025

Misli Premyer Liqasında mövsümün azarkeş rekordları qeydə alındı

Misli Premyer Liqasında mövsümün azarkeş rekordları qeydə alınıb.

Qaynarinfo PFL-in saytına istinadən xəbər verir ki, bu, XII tura təsadüf edib.

"Sumqayıt” – "Qarabağ” qarşılaşması (2:4) mövsümün ən çox tamaşaçı toplayan görüşü olub. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçirilən matçda 9100 izləyici qeydə alınıb.

Bu qarşılaşmaya qədər mövsümün rekordu X turun "Turan Tovuz” – "Şamaxı” matçına (2:1) təsadüf etmişdi. Tovuz şəhər stadionundakı oyunda 5800 azarkeş olub.

XII turun ilk gününün Yevlax şəhər stadionunda keçirilən "Karvan Yevlax” – "Kəpəz” görüşündə (1:2) isə 4000 tamaşaçı olub. Bununla da turun matçlarını 13100 nəfər izləyib. Bu, digər 4 qarşılaşmadan asılı olmayaraq mövsümün ən çox tamaşaçı toplayan turu olub. Əvvəlki rekord 10720 izləyicinin olduğu X turda yaşanmışdı.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->