Xəbər lenti

Mixail Şumaxer hələ danışa bilmir
İdman17:45 17.06.2014

Mixail Şumaxer hələ danışa bilmir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

"Formula-1" yarışları üzrə 7 qat dünya çempionu, 45 yaşlı Mixail Şumaxer hələ danışa bilmir.

Anspress-in məlumatına görə, Almaniyanın Bild tabloidi Şumaxerin yaxınlarını tanıdığını qeyd edib. 

Bir gün əvvəl komadan çıxan alman səs və toxunmalara biganə qalmır. Şumaxer arvadı Korinnanın hərəkətlərinə daha aktiv reaksiya göstərir.

Keçmiş idmançını müalicə aldığı Qrenobl klinikasından Lozanna xəstəxanasına köçürüblər.

45 yaşlı alman idmançı medikomentoz komada demək olar ki, altı ay keçirib. 

Xatırladaq ki, "Formula-1" yarışları üzrə 7 qat dünya çempionu Mixael Şumaxer ötən il Alp dağlarında xizək sürərkən yıxılaraq başı qayaya dəymiş və komaya düşmüşdü.

Qaynar.info