Xəbər lenti

Miyatoviçin "Neftçi"yə keçidi baş tutmadı
İdman09:58 21.06.2016

Miyatoviçin "Neftçi"yə keçidi baş tutmadı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

"Neftçi" Milan Miyatoviçlə müqavilə bağlamaqdan son anda imtina edib.

Qaynarinfo.az xəbər verir ki, onun keçidinin alınmamasının səbəbi monteneqrolu qapıçının tibbi müayinə nəticələrinin qənaətbəxş olmamasıdır. 

Hər bir futbolçu ilə olduğu kimi, onunla da transferin maliyyə şərtləri əvvəlcədən razılaşdırılmış və qapıçı klubun düşərgəsinə gəlmişdi. Qayda üzrə transfer öncəsi futbolçu Türkiyənin özəl klinikalarından birində yüksək səviyyədə tam tibbi müayinədən keçib və müəyyən problemlər meydana çıxıb. Qapıçı Milan Miyatoviçin tibbi müayinə nəticələrinə əsasən həkimlərin də rəyi ilə onun transferi riskli hesab edildiyi üçün keçid baş tutmayıb.

Qaynarinfo.az