"Toronto"nun prezidenti Bill Manninq, Lorenzo İnsinyenin müqaviləsinin bitdiyini onlayn gördükdən sonra transfer təklifi etdiklərini söyləyib.
Qaynarinfo xəbər verir ki, Manninq Kanada mətbuatına Lorenzo İnsinyenin transferini necə həyata keçirdikləri haqda danışıb.
"Toronto Sun"a danışan prezident, klubunun İnsinye ilə müqaviləsinin 2022-ci ildə bitməsi haqda məlumatı "transfermarkt" saytında gördüyünü və mövsümün sonunda klubun reklam dəyərini artıra biləcək oyunçular axtardığını bildirib. Lorenzobnun müqaviləsinin bitdiyini görən prezident bu futbolçunun üzərində dayandığını və təklif göndərdiklərini açıqlayıb.
Amerika mətbuatında çıxan xəbərə görə, illik 15 milyon dollar qazanacaq İnsinye liqa tarixinin ən çox maaş alan futbolçusu olacaq.
"Napoli"də 10-cu mövsümünü başa vuracaq 30 yaşlı futbolçu İtaliya klubunda keçirdiyi 416 oyunda 114 qola, 91 məhsuldar ötürməyə imza atıb.
Səbuhi Həsənov