Ölkə 11:27 30.01.2024

MN Kəlbəcər və Laçından yeni görüntülər yaydı (VİDEO)

Kəlbəcər və Laçın rayonlarının çətin relyefli və dağlıq ərazilərində dislokasiya olunan hərbi hissələrin xidməti-döyüş fəaliyyətinin fasiləsiz təşkili məqsədilə həyata keçirilən zəruri tədbirlər davam edir.

Bu barədə Qaynarinfo-ya Müdafiə Nazirliyindən (MN) verilən məlumatda bildirilib.

Azərbaycan Ordusunun mühəndis bölmələrinin digər dövlət qurumları ilə qarşılıqlı fəaliyyəti nəticəsində rabitə və kommunikasiya xətlərinin sərt iqlim şəraitində daim işlək vəziyyətdə saxlanılması və bölmələrin hərtərəfli təminatının fasiləsiz həyata keçirilməsi məqsədilə yolların qar örtüyündən təmizlənməsi prosesi növbəli şəkildə sutkaboyu icra olunur.