Xəbər lenti

Mobil cihazların qeydiyyatı üçün yeni rüsumlar müəyyən edildi
Ölkə17:18 02.08.2018

Mobil cihazların qeydiyyatı üçün yeni rüsumlar müəyyən edildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Şəxsi istehlak üçün Azərbaycana gətirilən mobil cihazların qeydiyyata alınmasına dövlət rüsumu artırılıb.
Qaynarinfo-nun məlumatına görə, Nazirlər Kabineti tərəfindən "Mobilcihazların qeydiyyata alınmasına görə 2018-ci il üçün dövlət rüsumunun məbləğləri” təsdiq edilib.
Foto, videoçəkiliş və internetə çıxış funksiyaları olmayan mobil cihazların qeydiyyata alınmasına görə 20 manat dövlət rüsumu ödəniləcək.
Bazar qiyməti 100 ABŞ dollarına qədər olduqda – 30 manat, 101 ABŞ dollarından 200 ABŞ dollarına qədər olduqda – 50 manat, 201 ABŞ dollarından 400 ABŞ dollarına, qədər olduqda – 60 manat, 401 ABŞ dollarından 700 ABŞ dollarına qədər olduqda – 70 manat, 701 ABŞ dollarından 1 000 ABŞ dollarına qədər olduqda – 100 manat, 1001 ABŞ dollarından yuxarı olduqda isə 150 manat rüsum ödəniləcək.
İndiyə qədər isə bazar qiymətindən asılı olmayaraq bütün mobil cihazların qeydiyyata alınmasına görə 5 manat dövlət rüsumu ödənilirdi.