
Azərbaycanda ilk dəfə bütün nömrələrin alışını , satışını və sifarişini özündə birləşdirən online axtarış və satış saytı yaradılıb.
Qaynar.info xəbər verir ki, yeni yaradılmış saytın adı seriya.az-dı.
Seriya.az-ın yaradıcısı Şadiman İsmayılov Qaynar.info-ya açıqlamasında seriya.az barədə geniş məlumat verib.
Şadiman İsmayılov bildirib ki, əsas məqsədləri heç bir yerə getmədən, kompyuter önündən vətəndaşlara xidmət etməkdir: "Seriya.az saytında hər zövqə və maddi imkana uyğun nömrə tapmaq olar. Bahalıdan ucuza qədər. Elə bu istəklərə nəzərə alaraq yığılmış axtarış sistemidə buna imkan verir.
Seriya.az digər mobil nömrə saytlarından fərqləndirən ən başlıca üstünlüyü onun pulsuz olmasıdır. Bundan əlavə alıcı və satan şəxs arasında üçüncü şəxs yoxdur. Yəni siz nömrəni tam birinci əldən sifariş edirsiniz. Və yaxud birinci əl olaraq satışa çıxarırsınız. Saytda nömrə alqı satqısını həm fiziki və həmçinində hüquqi şəxs edə bilər. Bunları etmək üçün sadəcə olaraq kiçik bir qeydiyyatdan keçməyiniz kifayətdir. Bizim məqsədimiz biznesinizi daha effektiv etməkdir."
Şadiman İsmayılov onu da qeyd edib ki, sayt bir aydır bazara daxil olmasına baxmayaraq, xeyli adutoriya toplaya bilib: "İndi bazarın kiçik bir hissəsini saytımızda cəmləyə bilmişik. Lakin inanırıq ki, bizi böyük dəyişikliklər gözləyir. Bir ay ərzində sayta giriş sayı 45 min istifadəçini keçmişdi. Gələcək məqsədlərimiz saytı daha da çox istifadəçi üçün etmək və ən əsası axtarışı və istifadəni daha da asanlaşdırmaqdır.
Hələ bazara tam formada çıxmamışdan əvvəl bir iş adamı bizə min manatdan başlayan və sonra il ərzində on dəfə artım şərti ilə İnvestisiya təklif etdi. Bir qədər düşündükdən sonra kənardan gələn maliyyə köməkliyinə yox dedik. “Öz işini özün et” fikrinə sadiq olaraq öz gücümüzə irəliləməyi qərara gəldik."
Seriya.az-ın ideyası Ziyad Əliyev və Şadiman İsmayılova aiddir.
Qaynar.info