Xəbər lenti

Mobil telefona nə qədər pul xərcləyirik?
Ölkə08:14 02.03.2013

Mobil telefona nə qədər pul xərcləyirik?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycan əhalisi il ərzində mobil rabitəyə 3 milyard manat pul xərcləyir. 
Qaynar.info-nun Milli.az-a istinadən verdiyi məlumata görə bu barədə iqtisadçı Oktay Haqverdiyev bildirib. Onun sözlərinə görə, hazırda ölkədə 6 milyon mobil nömrə istifadə edilir. 
"Mobil danışığa hər nömrə orta hesabla 15-20 manat pul xərcləyir. Bunun üzərinə internetdən istifadə pulunu da əlavə etsək, təqribən 3 milyard pul edir", - o əlavə edib. 
Ekspert hesab edir ki, bu gün mobil rabitə əlçatan olub və bir çox adamlar mobil telefonla ehtiyac ucbatından deyil, sadəcə, ünsiyyət qurmaq üçün istifadə edirlər. Bunun üçün isə pul ödəmək lazım gəlir. 
Müqayisə üçün qeyd edək ki, Ukrayna vətədaşları il ərzindıə mobil rabitədən istifadə üçün 6,5 milyard dollar pul xərcləyirlər. 
Qaynar.info