Xəbər lenti

Modul tipli xəstəxanalar yenidən fəaliyyət göstərəcək? - TƏBİB-dən açıqlama
Ölkə12:48 18.07.2022

Modul tipli xəstəxanalar yenidən fəaliyyət göstərəcək? - TƏBİB-dən açıqlama

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
TƏBİB koronavirusa yoluxma sayının artması nəticəsində yenidən modul tipli xəstəxanaların fəaliyyət göstərib-göstərməyəcəyi məsələsinə aydınlıq gətirib.
Qurumdan APA-nın sorğusuna cavab olaraq bildirilib ki, COVID-19-la mübarizə tədbirləri çərçivəsində TƏBİB-in tabeliyində olan modul tipli xəstəxanaların fəaliyyət istiqaməti aktiv yoluxma sayının artması və azalmasına uyğun olaraq tənzimlənir:
"Fəaliyyətdə olan pandemiya tibb müəssisələrində müalicə olunan xəstə sayı nəzərdən keçirilir və təhlil aparılır. Hazırda mövcud çarpayı sayı yetərlidir”.