Xəbər lenti

Moldovalılar terrora görə Bakıda qaldılar - FOTOLAR
İdman09:57 29.06.2016

Moldovalılar terrora görə Bakıda qaldılar - FOTOLAR

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Dünən Avropa Liqasının I təsnifat mərhələsində Gəncənin "Kəpəz" klubu ilə qolsuz heç-heçə edən Moldovanın "Daçiya" komandası Kişinyova gedə bilməyib.

Qaynarinfo.az xəbər verir ki, komanda Heydər Əliyev adına Hava Limanında təyyarə reysinə minmək istəyərkən onlara icazə verilməyib. Buna səbəb isə Atatürk adına Hava Limanında terror hadisəsinin baş verməsidir.

Moldova klubunun təyyarəsi də İstanbulda eniş edəcəyindən, bu uçuşa icazə verilməyib. Beləliklə, komanda mehmanxanada gecələməli olub. Baxmayaraq ki, Türkiyə hökuməti əsas hava limanının işinin bərpasına dair qərar qəbul edib, "Daçiya" hələ də İstanbula yollanmayıb. Ola bilsin ki, klub başqa reysdən yararlansın.

Qeyd edək ki, İstanbulda baş verən terror üzündən hava limanının bağlanması işgüzar səfərə yollanan azərbaycanlılara da təsirsiz ötüşməyib. Avroliqa matçlarına təyinat almış azərbaycanlı futbol hakimləri və "Neftçi"nin oyunu üçün Maltaya ezam olunmuş jurnalistlər səfərə yollana bilməyiblər.

Qaynarinfo.az