Xəbər lenti

Monteneqro yığmasının futbolçusu: “Milli Gimnastika Arenası indiyədək oynadığım ən möhtəşəm məkandır
İdman 22:24 28.05.2025

Monteneqro yığmasının futbolçusu: “Milli Gimnastika Arenası indiyədək oynadığım ən möhtəşəm məkandır"

Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatının 1/8 finalında Polşanı məğlub edərək (1:0) növbəti mərhələyə vəsiqə qazanan Monteneqro komandasının futbolçusu Dyuro Muqoşa yarışın keçirildiyi Milli Gimnastika Arenasını xüsusi fərqləndirib.

O, "Report”a açıqlamasında təşkilatçılığın yüksək səviyyədə olduğunu vurğulayıb.

"Şübhəsiz, Azərbaycan millisi dünya çempionatının favoritidir. Bu komanda çox güclüdür. Təşkilatçılıq gördüyüm ən yaxşı səviyyədədir. Milli Gimnastika Arenası indiyə qədər oynadığım ən möhtəşəm məkandır”, - deyə futbolçu bildirib.

D.Muqoşa Polşa ilə matçı da dəyərləndirib:

"Oyun çox çətin idi. Bu indiyədək keçirdiyimiz ən yaxşı matç idi. Qələbə qazandıq, çox yorğunam, çünki güclü komandaya qarşı oynadıq. Yarışda birinci olmaq üçün əlimizdən gələni edəcəyik. Addım-addım irəliləyirik”.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->