ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar Azərbaycanın işğal olunmuş ərazilərində narkotiklərin becərilməsi və tranziti barədə məlumatlara münasibət bildirib.
APA-nın xəbərinə görə, R.Morninqstar jurnalistlərə açıqlamasında deyib ki, ABŞ narkotiklərin becərilməsi və tranzitinə qarşıdır. Amma biz bu cür xəbərlərin həqiqəti nə dərəcədə əks etdirdiyini bilmirik.