Xəbər lenti

Moskva birjası İsveçrə frankının alqı-satqısını dayandırdı
Ekonomiks11:38 14.06.2022

Moskva birjası İsveçrə frankının alqı-satqısını dayandırdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Moskva birjası bu gündən etibarən İsveçrə frankı ilə ticarəti dayandırmaq qərarına gəlib.
Qaynarinfo xəbər verir ki, bu barədə birjanın saytında dərc olunan məlumatda deyilir.
Bildirilir ki, "məhdudiyyətlər İsveçrə frankı - rus rublu (CHFRUB) və ABŞ dolları - İsveçrə frankı (USDCHF) valyuta cütləri üçün birja və birjadankənar rejimlərdə spot və svop alətlərinə təsir edəcək”.
Moskva Birjasından açıqlanıb ki, "əməliyyatların dayandırılması İsveçrənin 2022-ci il iyunun 10-dan məhdudlaşdırıcı tədbirlərin görülməsi ilə əlaqədar ticarət iştirakçılarının və maliyyə infrastrukturlarının İsveçrə frankı ilə hesablaşmaların aparılmasında yaşadığı çətinliklərlə bağlıdır".
RİA Novosti qeyd edir ki, İsveçrə məhdudiyyətləri Aİ-nin altıncı paketi ilə üst-üstə düşür, yəni o, Rusiya neftinin tədarükünə tədricən embarqonun tətbiqini və üç Rusiya və bir Belarus bankının, o cümlədən Sberbank-ın SWIFT-dən ayrılmasını nəzərdə tutur.
Alpər