Xəbər lenti

Moskva Ukrayna üzərindən qaz tədarükünü müzakirə etməyə hazırdır
Ekonomiks06:32 22.12.2019

Moskva Ukrayna üzərindən qaz tədarükünü müzakirə etməyə hazırdır

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Moskva Rusiya qazının Ukrayna üzərindən Avropaya tədarükünün bərpa edilməsi ilə bağlı danışıqlara hazırdır.
Qaynarinfo xarici mətuata istinadən xəbər verir ki, bunu Rusiya baş nazirinin müavini Dmitri Kozak deyib. Onun sözlərinə görə, bu "Qazprom ilə "Naftogaz" arasındakı razılaşma sayəsində mümkün olub. 
Ukraynanın energetika naziri Aleksey Orjel isə birbaşa satınalnma ehtimalını rədd edib. O bildirib ki, Kiyev qaz hasilatını yalnız Avropanın vasitəsitəçiliyi ilə müzakirə etməyə hazırdır. 
"Heç bir siyasi qiymətin olmaması bizim üçün çox vacibdir", - deyə Orjel bildirib.
"Qazprom" və "Naftogaz" arasında imzalanan protokol Rusiya qazının Ukrayna ərazisindən Avropaya tranziti həcmini və qaydasını müəyyənləşdirir, eyni zamanda, gələcək əməkdaşlıq üçün bütün şərtləri özündə cəmləşdirir. 
Qeyd edək ki, "Qazprom" "Naftogaz"ın şikayəti nəticəsində alınan Stokholm Beynəlxalq Arbitraj Məhkəməsinin qərarına əməl etmək üçün ilin sonuna qədər Ukrayna şirkətinə təxminən 3 milyard dollar ödəməlidir.
Camal