Xəbər lenti

Motosiklet qəzasında ölən generalın oğlu imiş...
Ölkə15:12 26.07.2019

Motosiklet qəzasında ölən generalın oğlu imiş...

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Zığ şossesində motosikletlə qəzaya düşərək ölən şəxs Silahlı Qüvvələrin Baş qərargah rəisinin sabiq birinci müavini, general-leytenant Eyvaz Cəfərovun oğlu olub.
Qaynarinfo xəbər verir ki, bu barədə eks-müstəntiq Rüfət Səfərov məlumat yayıb. O bildirib ki, Eyvaz Cəfərovun oğlu Eldar Cəfərov ötən il də qəza törədib, nəticədə barmaqları kəsilib.
Əldə etdiyimiz məlumata görə, qəza iyulun 25-də saat 17 radələrində baş verib. Belə ki, generalın oğlu idarə etdiyi "Suzuki” markalı motosikleti yol kənarındakı maneəyə vurub və aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Qeyd edək ki, Eyvaz Cəfərov 2017-ci ildə istefaya göndərilib. (Qafqazinfo)