Xəbər lenti

Mourinyo "Roma"ya qələbə qazandıran futbolçuya bahalı ayaqqabı hədiyyə etdi (FOTOLAR)
İdman07:27 23.11.2021

Mourinyo "Roma"ya qələbə qazandıran futbolçuya bahalı ayaqqabı hədiyyə etdi (FOTOLAR)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Roma”nın səfərdə "Cenoa”ya 2:0 hesabı ilə qalib gəldiyi matçın 75-ci dəqiqəsində əvəzlənərək komandasının hər iki qolunu vuran 18 yaşlı Feliks Afena-Qyan daha bir xoşbəxtlik yaşayıb. 
Qaynarinfo xəbər verir ki, vurduğu qollarla komandasına qələbə qazandıran futbolçuya baş məşqçi Joze Mourinyo tərəfindən bahalı ayaqqabı hədiyyə edilib. Bu haqda portuqaliya mütəxəssis İtaliya məbuatına açıqlamasında bildirib. Portuqaliyalı ulduz oyunla bağlı danışarkən komandanın gənc qolçusu bahalı ayaqqabı istədiyini deyib: "Ona söz vermişdim ki, bu matçda qol vurarsa, həmin ayaqqabını alacağam. 800 avroya çox bahalı ayaqqabı istəmişdi. Matçın sonunda yanıma gəldi və mənə verdiyim sözü xatırlatdı”.
Mourinyo komandanın axşamkı məşqindən sonra Afena-Qyana istədiyi ayaqqabıları hədiyyə edib.


Səbuhi Həsənov