Xəbər lenti

Mourinyo türk futbolçunu almağa hazırlaşır
İdman15:52 17.12.2019

Mourinyo türk futbolçunu almağa hazırlaşır

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Çalışdığı komandalarda müdafiəyə xüsusi əhəmiyyət verən Joze Mourinyonun qış transfer pəncərəsində Türkiyə millisinin oyunçusu Məhmət Zəki Çeliyi "Tottenhem"in heyətinə cəlb edəcəyi gözlənilir.
Qaynarinfo xəbər verir ki, portuqaliyalı baş məşqçiyə Zəki Çeliyi komandaya transfer etməyi Joao Sakramento məsləhət görüb. Ötən il "Lill”də Zəki Çeliklə işləyən Joao Sakramento "Tottenhem”də Mourinyonun köməkçisi olub.
Qeyd edək ki, İngiltərə Premyer Liqasında Mourinyonun başçılıq etdiyi”Tottenhem” 7 oyunda 5 qalibiyyət qazanıb.
Alpər