Xəbər lenti

Mourinyodan Runi açıqlaması
İdman13:18 26.08.2013

Mourinyodan Runi açıqlaması

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Çelsi"nin çalışdırıcısı Joze Mourinyo "Mançester Yunayted"in futbolçusu Ueyn Runinin komandada xoşbəxt olmamasında baş məşqçi David Moyesi günahkarlandırıb.

Qol.Az-in Britaniya mətbuatına istinadən verdiyi məlumata görə, o, şotlandiyalı mütəxəssisin Runiyə Van Persinin zədəli olarkən forma geyinəcəyini deməsinin düzgün olmadığı deyib.

"Məndən nifrətmi edirlər? Runini komandada görmək istəməyimdə pis heç nə yoxdur. Onun ikinci seçim olacağını mən söyləməmişəm. Biz ki, Van Persini transfer etmirik. Mənə əsəbiləşmələrinə ehtiyac yoxdur”.

Qeyd edək ki, "Çelsi" bu axşam Premyer Liqanın II turu çərçivəsində səfərdə "Mançester Yunayted"in qonağı olacaq.

Qaynar.info