
İspaniya millisinin sabiq baş məşqçisi Xavyer Klemente “Real”ın baş məşqçisi Joze Mourinyonu rəqiblərə qarşı hörmətsizlik etməklə günahlandırıb.
Qol.Az-ın verdiyi məlumatına görə, o, portuqaliyalı mütəxəssisin bu hərəkətlərinin yersiz olduğunu deyib. “Mourinyo bəzən düşünülmüş olaraq reallıqları görməzdən gəlir. Onun insanlara hörmətsizlik etməsinə gəlincə, o, çox kobuddur” .
İspaniyalı mütəxəssis Mourinyonun FİFA-nın 2012-ci ilin ən yaxşı məşqçisi sorğusunun nəticələrinin saxlataşladırılması barədə bəyanatını isə düşünülmüş olaraq başlatdığını deyib.
Qaynar.info