
İngiltərənin "Mançester Yunayted" klubunun baş məşqçisi Joze Mourinyu jurnalistlərin suallarını cavablandırarkən qəfildən telefona zəng gəlib.
Qaynarinfo.Az xəbər verir ki, "Liverpul"la oyundan əvvəl mətbuat kofransı keçirən portuqaliyalı məşqçi gözlənilməz telefon zənginə cavab verməli olub. Müxbirlərdən birinin diktafon məqsədi ilə Mourinyunun masasına qoyduğu telefon zəng çalıb.
Mou isə özünü itirməyib, telefona cavab verib. Jurnalistə talkSport-dan Emmi adlı həmkarı zəng edib. Daha sonra 53 yaşlı məşqçi telefonu sahibinə qaytarıb.
Qeyd edək ki, "Mançester Yunayted" - "Liverpul" oyunu İngiltərə Premyer Liqasının XXI turu çərçivəsində sabah keçiriləcək. "Old Trafford" stadionunda baş tutacaq bu görüş turun mərkəzi oyunu hesab edilir.
Qaynarinfo.Az