Xəbər lenti

MSK-da yeni təyinat
Ölkə12:08 17.01.2023

MSK-da yeni təyinat

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Mərkəzi Seçki Komissiyasının (MSK) Siyasi partiya və ictimai təsisatlarla iş şöbəsinin müdiri vəzifəsinə təyinat olub.
"Report"un əldə etdiyi məlumata görə, MSK Katibliyində 2022-ci ilin avqust ayından fəaliyyətə başlayan Siyasi partiya və ictimai təsisatlarla iş şöbəsinin müdiri vəzifəsinə həmin vaxtdan MSK-nın əməkdaşı Fərid Əbilov təyin edilib.
Qeyd edək ki, F.Əbilov 1988-ci ildə Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət İqtisad Universitetini maliyyə ixtisası üzrə bitirib. 2012-ci ildən MSK Katibliyinin Təşkilat şöbəsində böyük məsləhətçi, sonradan isə Katiblik müdirinin köməkçisi vəzifələrində işləyib.