Xəbər lenti

MSK deputatın səlahiyyətlərinə xitam verdi
Ölkə12:19 02.10.2019

MSK deputatın səlahiyyətlərinə xitam verdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib.
Qaynarinfo APA-ya istinadən xəbər verir ki, MSK sədri Məzahir Pənahovun sədrliyi ilə keçirilən  iclasda V çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı Rafael Cəbrayılovun səlahiyyətlərinə xitam verilməsi məsələsinə baxılıb.
İclasda qeyd edilib ki, Rafael Cəbrayılovun mandatından imtina etməklə bağlı parlamentə müraciət etməsi ilə əlaqədar Milli Məclis onun deputat səlahiyyətlərinə xitam verilməsi üçün MSK-ya müraciət göndərib.
Müraciət MSK üzvləri tərəfindən səsə qoyularaq qəbul edilib.