Xəbər lenti

MSK İlham Əliyevlə bağlı qərarını avqustun 10-dək verəcək
Ölkə15:19 06.08.2013

MSK İlham Əliyevlə bağlı qərarını avqustun 10-dək verəcək

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Seçki qanunvericiliyinə uyğun olaraq bu sənədlərə 5 gün müddətində baxılmalıdır.

“Mərkəzi Seçki Komissiyası Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyevlə bağlı qərarını avqustun 10-dək verəcək. İlham Əliyevin prezidentliyə namizədliyinin təsdiq olunması ilə bağlı lazımi sənədlər MSK-ya avqustun 5-də təqdim olunub. Seçki qanunvericiliyinə uyğun olaraq bu sənədlərə 5 gün müddətində baxılmalıdır. Həmin müddətdə də baxılacaq və müvafiq qərar veriləcək”.

Bu açıqlamanı virtualaz.org saytına MSK mətbuat xidmətinin rəhbəri Azər Sarıyev verib. Onun sözlərinə görə, MSK-ya prezidentliyə namizəd İlham Əliyevdən başqa hələ heç bir iddiaçının sənədləri daxil olmayıb.

Qeyd edək ki, prezidentliyə iddiaçıların namizədliyinin təsdiq olunması və qeydə alınması iki mərhələdən keçir. Birinci mərhələdə prezidentliyə iddialı şəxslərin namizədliyi təsdiq olunur. İkinci mərhələdə isə namizədliyi təsdiqlənmiş şəxslərə imza vərəqələri verilir və digər hüquqi proseduraların həyata keçirilməsinə başlanılır. 

Qaynar.info