Xəbər lenti

MTN-dən Suriyada döyüşən azərbaycanlılarla bağlı açıqlama
Ölkə11:49 10.05.2013

MTN-dən Suriyada döyüşən azərbaycanlılarla bağlı açıqlama

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Suriyada Bəşər Əsəd rejiminə qarşı müharibədə iştriak edən Azərbaycan vətəndaşının videosunun  yayılması və onların mücahid azərbaycanlı dindarlara, müsəlmanlara müraciət edərək onları da cihada qoşulmağa çağırmaları barədə Milli Təhlükəsizlik Nazirliyi açıqlama verib. 

Nazirliyin mətbuat xidmətinin rəhbəri Arif Babayev Modern.az-ın sorğusuna cavab olaraq bildirib ki, Azərbaycan Respublikasının milli təhlükəsizliyinə mümkün təhdidlərin qarşısının alınması üçün bütün zəruri qabaqlayıcı tədbirlər həyata keçirilir. Nazirlik rəsmisi onu da bildirib ki, dövlət təhlükəsizliyinə nəzarət olunur.

Qeyd edək ki, Suriyada Bəşər Əsəd rejiminə qarşı müharibədə iştriak edən Azərbaycan vətəndaşının videosu yayılıb. “Youtube”-da yayımlanan videoda mücahid azərbaycanlı dindarlara, müsəlmanlara müraciət edərək onları da cihada qoşulmağa çağırıb.

Qaynar.info