
"Əsəbləri yerində deyil"
Ötən gün Bakının Yasamal rayonu ərazisində “Sovetski” kimi tanınan ərazidəki sökülən evlərin sahiblərinə kompensasiya verilməsini müəyyən edən və bu işlərə nəzarət edən Yasamal rayon icra hakiminin müavini Səməd İslamovun vəziyyətinin qəfil pisləşmişdi.
Səməd İslamovun səlahiyyətlərini kimin yerinə yetirməsi isə naməlum olaraq qalmışdı.
Xeberdar.az saytının əməkdaşı Yasamal rayon icra başçısı İbrahim Mehtiyevlə əlaqə saxlayıb. Icra başçısı müavini Səməd İslamovun iflic olması xəbərinin yalan olduğunu bildirib. “Dünən mənə dedi ki, özümü bir az pis his edirəm sinəm ağrıyır, icazə verin gedim müayinə olunum. Nəzərə alınmalıdır ki, rayon ərazisində boyük söküntü işləri gedir. Burda narazı olan da var, kimisə təhqir edən də var. Məndə icazə verdim. Gömrük hospitalında müayinə olunub, hər şey yaxşıdı. Sadəcə əsəbləri bir az yerində deyil, özümdə həkimlə danışmışam. Bilirsiniz, mən 40 ildir ki, işləyirəm heç xəstələnməmişəm. Səməd bir az incə oğlandı.Yanından yel keçən kimi xəstələnir.Bir daha deyirəm ki, heç nəyi yoxdu,sabahdan da işə çıxacaq”.
Qaynar.info