Xəbər lenti

Mübariz Mənsimov köhnə gəmini təmir etdirərək Rəsulzadənin adını verib (İDDİA)
Ekonomiks08:16 02.06.2019

Mübariz Mənsimov köhnə gəmini təmir etdirərək Rəsulzadənin adını verib (İDDİA)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Palmali Dənizçilik" şirkətinin rəhbəri Mübariz Mənsimov növbəti dəfə qalmaqallı xəbərlə gündəmə gəlib.
Qaynarinfo Türkiyənin Dəniz Xəbər Agentliyinə (denizhaber.net) istinadən xəbər verir ki, bir müddət əvvəl yeni inşa edəcəkləri gəmilərinə Əbülfəz Elçibəy və Məmməd Əmin Rəsulzadənin adını verəcəklərini deyən iş adamı yalan danışıb. Belə ki, Mənsimovun şirkətin balansındakı köhnə gəmini rənglətdirərək adını dəyişdirdiyi ortaya çıxıb. 
Dəniz Xəbər Agentliyi əməkdaşlarının araşdırmasına görə, "Palmali Dənizçilik" şirkətinin yeni inşa olunduğunu iddia etdiyi Məmməd Əmin Rəsulzadənin adını daşıyan gəmi əslində 21 il əvvəl Rusiyanın Volqoqrad limanında inşa edilən və şirkətin balansında olan "Adriatic Mariner" adlı 6 min 600 DWT daşıma gücünə sahib tankerdir.
Bildirilir ki, tanker Qaradəniz Ereğli Limanlar bölgəsində yerləşən Ustaoğlu Qayıq və Gəmi İnşa Limanında boyadılaraq dənizə buraxılıb və adı dəyişdirilib.
Azərbaycanlıların xoş niyyətini və milli duyğularını sui-istifadə edən "Palmali"nin rəhbərinin şirkətinin balansında olan 21 yaşlı köhnə tankeri yeni gəmi olaraq təqdim etməsinin, boyatdıraraq Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu Məmməd Əmin Rəsulzadənin adını verdiyini açıqlamasının səbəbi bilinmir.