
“Palmali” Şirkətlər Qrupunun sahibi və “Xəzər Lənkəran” klubunun fəxri prezidenti Mübariz Mənsimov Doğan Xəbər Agentliyinə xüsüsi açıqlama verib.
Qaynar.info xəbər verir ki, azərbaycanlı iş adamı “Fənərbaxça”nın prezidenti Əziz Yıldırıma Lənkərana gəldiyi üçün təşəkkürünü bildirib: ”Bütün “Fənərbaxça” azarkeşlərindən və rəhbərliyindən Allah razı olsun. Bura qədər gəldilər və dəstək oldular. Əziz Yıldırım bizim də prezidentimizdi. Çox sağ olsun ki, bizim təklifi qəbul etdi. Onun “Fənərbaxça” və türk futboluna çox böyük köməyi dəyib. Bizimlə münasibəti çox gözəldi və belə də davam edəcək”.
Azərbaycanlı olmaqla yanaşı,eyni zaman türk vətəndaşlığı olan Mənsimov həmçinin bildirib ki, Azərbaycanla Türkiyəni bir-birindən fərqləndirmir: “Mənim üçün Türkiyə və Azərbaycan eynidi. Biz bir millət, iki dövlətik. Mən “Fənərli” deyil, “Beşiktaş”lı olsam da, yenə də, hazırlıq matçı keçirdik. “Fənərbaxça” ilə İstanbulda da oynamaq istəyirik”.