
Türkiyənin ən zəngin iş adamlarından biri, azərbaycanlı Mübariz Mənsimov son günlər bu ölkədə olan hadisələrə münasibət bildirib.
O, ANS-ə müsahibəsində deyib ki, rüşvət və qaçaqmalçılıqla bağlı saxlanılanlar barəsində istintaq aparılır: “Əlbəttə ki, bunun Türkiyə üçün çox neqativ təsirləri var. Türkiyə iqtisadiyyatı 638 milyard türk lirəsi itirir. Nəticədə bu, hər kəsin cibindən çıxan puldur. Mən eşitməmişəm ki, bu məsələdə bir azərbaycanlı iş adamanın adı çəkilsin. Bu gün Türkiyə iqtidarı istər Azərbaycandan, istərsə də digər dövlətlərdən gəlib qanun çərçivəsində Türkiyədə sərmayə qoyurlar.