Xəbər lenti

Mübariz Tağıyevdən səhhəti ilə bağlı açıqlama
Ölkə 15:33 11.10.2025

Mübariz Tağıyevdən səhhəti ilə bağlı açıqlama

"Səhhətimdə heç bir problem yoxdur, hər şey qaydasındadır".

Bunu Qaynarinfo-ya açıqlamasında Xalq artisti Mübariz Tağıyev deyib. 

Müğənni səhhətində problemlərin olması ilə bağlı yayılan məlumatların doğru olmadığını vurğulayıb:

"Hər şey qaydasındadır. İndi sağlam adam var? Kimə baxırsan, harasısa ağrıyır. Amma mən yaxşıyam. Sabah da konsertim var, kim səhhətimdən narahatdırsa, gəlsin konsertə, məni canlı dinləsin".

78 yaşlı Mübariz Tağıyev solo konsert layihsəni də açıqlayıb:

"Konsert 80 illik yubileyimdə olacaq. Bir növ hesabat konserti baş tutacaq. İnşallah, ölməsəm, həmin gün Heydər Əliyev Sarayında olacağıq".

Qeyd edək ki, Xalq artisti Mübariz Tağıyev "Xəzər axşamı" verilişində qonaq olub. Proqramda sənətçi aparıcı Mətanət Əliverdiyevanın "Son illərdə efirdə az-az görünürsünüz, bunun səbəbi nədir" sualına belə cavab verib: "Efirdə az-az görünməyimin xüsusi bir səbəbi yoxdur. Şükür, hər şey qaydasındadır. Sadəcə olaraq səhhətimdə bir az problemlər var".

Bahar Rüstəmli


Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->