Xəbər lenti

Müdafiə naziri açıqladı: Ordumuz Laçın yolunu nəzarətə götürüb
Ölkə08:25 20.06.2018

Müdafiə naziri açıqladı: Ordumuz Laçın yolunu nəzarətə götürüb

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Naxçıvanda çox uğurlu əməliyyat keçirilib".  
Qaynarinfo APA-ya istinadən xəbər verir ki, bunu müdafiə naziri, general-polkovnik Zakir Həsənov deyib. 
O qeyd edib ki, neytral torpaq anlayışı yoxdur: 
"Sahibsiz torpaq yoxdur. Ora bizim torpaqlarımızdır. Ordumuzun uğurlu əməliyyatı nəticəsində 11 min hektar ərazi işğaldan azad edildi. Bildirmək istəyirəm ki, Laçına gedən yola artıq ordumuz nəzarət edir. Bu, bizim növbəti uğurumuzdur”.