Xəbər lenti

Müdafiə naziri Naxçıvanda dəyişiklik etdi -TƏYİNAT
Ölkə11:08 31.10.2013

Müdafiə naziri Naxçıvanda dəyişiklik etdi -TƏYİNAT

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Müdafiə naziri Naxçıvan hərbi polisinin rəisini dəyişdirib

Azərbaycanın yeni müdafiə naziri Naxçıvan Muxtar Respublikasına səfər edib.  APA-nın məlumatına görə, general-polkovnik Zakir Həsənov oktyabrın 30-da Naxçıvanda yerləşən ordu birləşməsində olub, şəxsi heyətlə görüş keçirib. 

Z. Həsənov Naxçıvana səfəri çərçivəsində bir sıra yeni təyinatlar da həyata keçirib. Onun əmri ilə polkovnik Elman Orucovu Naxçıvan hərbi polisinə rəis təyin edilib. E. Orucov general-mayor Elbrus Orucovun qardaşıdır. 

Z. Həsənov, həmçinin Naxçıvanda bir sıra hərbi hissələrə baş çəkərək, vəziyyətlə yerində tanış olub.

Qaynar.info