Xəbər lenti

Müdafiə nazirinin müavini ABŞ-a getdi (FOTOLAR)
Ölkə18:19 10.04.2023

Müdafiə nazirinin müavini ABŞ-a getdi (FOTOLAR)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin Komandanı general-leytenant Ramiz Tahirov Amerika Birləşmiş Ştatlarına (ABŞ) səfər edib.
Qaynarinfo xəbər verir ki, səfər çərçivəsində general-leytenant R.Tahirov ABŞ Hərbi Hava Qüvvələrinin komandanı ordu-generalı Çarlis Braun ilə görüşüb.
Tərəflər hərbi əməkdaşlığın cari vəziyyəti və regional təhlüksizlik məsələlərinə dair ətraflı fikir mübadiləsi aparıb.
Görüşdə Azərbaycan Respublikasının ABŞ-dakı səfiri Xəzər İbrahim də iştirak edib.