Xəbər lenti

Müdafiə Nazirliyində İSTEFA
Ölkə09:03 27.10.2013

Müdafiə Nazirliyində İSTEFA

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Eldar Sabiroğlu məzuniyyətdən sonra vəzifəsinə qayıtmayacaq. 

Bunu Haqqin.az saytına hərbi ekspert Üzeyir Cəfərov deyib. Onun sözlərinə görə, Eldar Sabiroğlu istefa ilə bağlı raportu təqdim edib: “Amma ona üç ayrıq məzuniyyət verilib və 2014-cü ilin yanvarında xidmətə qayıtmalıdır. Bundan sonra istefaya göndəriləcək”.

Eldar Sabiroğlunun özü “Aznews.az” saytına açıqlamasında konkret heç nə deməyib: “Hazırda məzuniyyətdəyəm. Nazirlikdə baş verən kadr dəyişikliklərindən məlumatsızam”.

Qaynar.info