Xəbər lenti

Müdafiə Nazirliyindəki polkovniklə bağlı YENİ İDDİA
Ölkə09:55 23.07.2014

Müdafiə Nazirliyindəki polkovniklə bağlı YENİ İDDİA

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bir müddət öncə Müdafiə Nazirliyinin Mətbuat xidmətinin rəis müavini İsa İsmayılovun oğlu Nihad İsmayılbəylinin əvvəllər xidmət etdiyi hərbi hissədə narkotika ilə tutulması ilə bağlı məlumatlar yaymışdıq. 

Həmin məlumatı Qaynar.info-ya İsa İsmayılovun oğlu Nihad İsmayılbəyli ilə vaxtilə eyni hərbi hissədə xidmət keçmiş əsgərlərdən biri vermişdi. 

Məlumatda bildirilirdi ki, Nihad İsmayılbəyli atasına və atasını himayə edən yüksək rütbəli zabitlərə arxayın olaraq xidmət etdiyi hissədə tamamilə toxunulmaz statusa malik imiş. Belə ki, o, heç vaxt əsgər yeməkxanasına girməz, orada yemək yeməz, sırada dayanmaz, bütün gününü kafelərdə keçirər, xüsusi hazırlanmış yeməklərlə qidalanarmış. Hətta hərbi hissədə onun üçün təmirli otaq da ayrılıbmış. O üzdən atası üst-üstə yığılıb qalan küllü miqdarda borcu ödəmək üçün hər ay iaşə obyektlərinə xeyli pul göndərərmiş. 

Bildirilirdi ki, Nihadın atasından aldığı maddi vəsaitin əsas hissəsi narkotik vasitələrin əldə olunmasına sərf edilirdi: "O, bu işlə davamlı şəkildə məşğul olduğundan bir dəfə gecə hərbi hissə növbətçisi onu narkotiklə tutdu. Amma atasına görə səs-küy qaldırılmadı. Əvəzində hissəmizdə onun hesabına xeyli təmir-tikinti və abadlıq işləri aparıldı. Nihadla bir yerdə narkotiklə tutulan digər əsgər isə həbs olunub". 

Qeyd edək ki, həmin ərəfədə məlumatı Müdafiə Nazirliyinə yaxın mənbə də təsdiqləsə də, məsələ ilə bağlı heç bir rəsmi açıqlama verilmədi. İsa İsmayılov isə məlumatı nə təsdiq, nə də təkzib etdi. Müdafiə Nazirliyi isə adı qalmaqalda hallanan zabitlə bağlı yayılan informasiyalara heç bir reaksiya vermədi. Bu da məlumatın həqiqətəuyğun olduğunu bir daha təsdiq etdi. 

Bu gün polkovnik-leytenant İsa İsmayılovla bağlı yeni iddialar səslənir. Belə ki, onu himayə edən zabitin kimliyinin ortaya çıxması və həmin şəxsin hazırda sərəncamda olan general Vaqif Məmmədov olması ciddi səs-küyə səbəb olub. Məlumatda vurğulanır ki, polkovnikin oğlu Nihad İsmayılbəyli də məhz onun köməkliyi ilə qanunsuz şəkildə, nizamnamə tələblərinə zidd olaraq Bakinin 70-80 kilometrliyində yerləşən hərbi hissəyə salınıb və sonadak himayə olunması da gizli şəkildə araşdırılıb. Onun narkotik istifadəçisi olmasından və narkotiklə tutulmasından da nəinki adı çəkilən generalın, hətta İsmayılovun bütün xidmət yoldaşlarının xəbəri olub, ancaq hamı general Vaqif Məmmədovdan ehtiyat etdiyi üçün fakt birincinin təkidilə məqsədli şəkildə sabiq müdafiə nazirindən gizlədilib və ört-basdır edilib. Bundan başqa, mənbə bildirir ki, polkovnik-leytenantın oğlu artıq hərbi xidməti başa vurub və ordudan tərxis olunub. Ancaq onun hazırda harada olduğu barədə heç bir məlumat olmasa da, atasının mühüm postda çalışması nazirlikdə bəzi şəxslər arasında ciddi narazılıqla qarşılanır.  

İsa İsmayılovla bağlı məsələyə gəlincə, mənbə həmçinin bildirir ki, general Vaqif Məmmədova yaxın olan bir zabitin Müdafiə Nazirliyində mühüm postda çalışması ortaya müəyyən şübhələr və ziddiyyətlər də çıxarır. Artıq Müdafiə Nazirliyi ilə bağlı yayılan bəzi informasiyaların Vaqif Məmmədovun yaxın adamları tərəfindən sızdırıldığı iddia olunur. Belə bir məqamda İsa İsmayılovla bağlı şübhələr də əsassız deyil. Çünki onun sözügedən generala çox yaxın bir zabit olduğu artıq nazirlikdə də hər kəsə bəllidir. Belə bir halda Müdafiə Nazirliyi yəqin ki, informasiyaların haradan sızdırıldığı ilə bağlı şübhələrini aradan qaldırmaq üçün ciddi addımlar atacaq. 

Mövzu ilə bağlı adıçəkilən şəxslərin də mövqeyini dərc etməyə hazırıq.

Qaynar.info