Xəbər lenti

Müdafiə Nazirliyindən düşmənin növbəti təxribatı ilə bağlı açıqlama
Ölkə07:23 10.10.2020

Müdafiə Nazirliyindən düşmənin növbəti təxribatı ilə bağlı açıqlama

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Ermənistanın Qafan əyalətinin Yeritsvank və Artsvanik yaşayış məntəqələrinin guya Azərbaycan Ordusu tərəfindən dronlardan vurulması barədə Ermənistan Müdafiə Nazirliyinin yaydığı xəbər yalandır və düşmənin növbəti təxribatıdır”.
Qaynarinfo xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Azərbaycan Müdafiə Nazirliyi bu xəbəri qəti şəkildə təkzib edir:
"Növbəti dəfə bildiririk ki, Azərbaycan Ordusu tərəfindən Ermənistan ərazisində yerləşən heç bir obyektə atəş açılmayıb və açılmır. Düşmənin yaydığı bu tip xəbərlər məqsədyönlü şəkildə həyata keçirilən təxribatdır”.