Xəbər lenti

Müdafiə Nazirliyindən Ermənistana daha bir sərt cavab
Ölkə13:20 17.11.2014

Müdafiə Nazirliyindən Ermənistana daha bir sərt cavab

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycanın Müdafiə Nazirliyi Ermənistanın hərbi-siyasi rejiminə növbəti dəfə cavab verib. 
Qaynar.info Nazirliyin saytına istinadən xəbər verir ki, Ermənistan Respublikasının hərbi-siyasi rejimi növbəti dəfə Azərbaycana qarşı hədə-qorxu dolu məsuliyyətsiz bəyanatlar verməkdə davam edir. Öz xalqını aldadaraq provokasiyaya çəkməklə Azərbaycana münasibətdə aqressiv siyasət yürütməsi onların hazırda regionda mövcud olan real vəziyyəti düzgün qiymətləndirməmələrinin nəticəsidir.
Müdafiə Nazirliyi rəsmi olaraq bildirir ki, düşmən tərəfi işğal edilmiş ərazilərdən qoşunlarının qeyd-şərtsiz və dərhal çıxarılmasının vacibliyini anlamalı, erməni gənclərini ədalətsiz müharibədən çəkindirərək əbəs yerə qırdırmamalıdır.
 Silahlı Qüvvələr düşmənin istənilən təxribatının qarşısını almağa qadirdir və hazırdır.
Düşmən tərəfi növbəti dəfə hər hansı bir hərbi əməliyyata əl atarsa Azərbaycan Silahlı Qüvvələrinin işğalçılara dərhal vuracağı zərbə hədsiz dərəcədə təsirli, məhvedici olacaq, külli miqdarda itkilər və dağıntılarla nəticələnəcək, uzun müddət onların yaddaşlarından silinməyəcək.
Qaynar.info