Xəbər lenti

Müdafiə Nazirliyindən kapitanın həbsi ilə bağlı açıqlama
Ölkə12:34 27.03.2014

Müdafiə Nazirliyindən kapitanın həbsi ilə bağlı açıqlama

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Müdafiə Nazirliyinin Hərbi Dəniz Qüvvələrinin Gəmilərin Xilasetmə Diviziyonunun komandiri, 3-cü dərəcəli kapitan (mayor) İlkin Əsgərov barəsində həbs-qətimkan tədbiri seçilib. 

Müdafiə Nazirliyinin mətbuat xidmətindən faktı Anspress-ə təsdiqləyiblər. Qeyd edək ki, kütləvi informasiya vasitələrində yayılan məlumatlarda bildirilib ki, İ. Əsgərov HDQ-nın Avtomobil Xidmətinin rəisi və Gəmilərin Xilasetmə Dviziyonunun komandiri işlədiyi zaman hərbi birləşmənin Mənzil İstismar Sahəsinin balansında olan mülkiyyəti saxta sənədlə satıb

İstintaq İ. Əsgərovun başqa cinayətlər törətməsi istiqamətində də araşdırma aparır. 

Qaynar.info