Xəbər lenti

Müdafiə Nazirliyindən son kadr dəyişiklikləri ilə bağlı AÇIQLAMA
Ölkə12:55 07.01.2014

Müdafiə Nazirliyindən son kadr dəyişiklikləri ilə bağlı AÇIQLAMA

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Müdafiə Nazirliyi nazirlik sistemində həyata keçirilən son təyinatlarla bağlı açıqlama yayıb


APA-nın nazirliyin saytına istinadən verdiyi məlumata görə, Silahlı Qüvvələrdə kadr dəyişikliyi davam edir və bu barədə müxtəlif məlumatlar yayılır: “Aparılan yerdəyişmələr rotasiya qaydasında "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin tələblərinə müvafiq olaraq həyata keçirilir və xidmətin səmərəliliyini artırmağa yönəlib. Müdafiə Nazirliyi Silahlı Qüvvələrdə aparılan islahatlar, struktur dəyişikliyi, vəzifəyə təyin edilmə, xidmət üzrə yerdəyişmə və irəli çəkilmələr barədə məlumatları yayarkən ictimaiyyət və kütləvi informasiya vasitələri nümayəndələrinə dövlət sirlərinin qorunmasına daha həssaslıqla və anlayışla yanaşmalarını tövsiyə edir”.


Qaynar.info