Xəbər lenti

Müdirin tapşırığı ilə ezamiyyətə getmək məcburi olacaq
Ekonomiks18:28 16.01.2026

Müdirin tapşırığı ilə ezamiyyətə getmək məcburi olacaq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri artırılıb.
Qaynarinfo-nun məlumatına görə, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi Əmək Məcəlləsində dəyişiklik edilməsi barədə Qanunda öz əksini tapıb.
Qanuna əsasən, əmək müqaviləsi üzrə işçinin aşağıdakı əsas vəzifələri olacaq:
dövlət, kommersiya və vergi sirrini müəyyən olunmuş qaydada və şərtlərlə gizli saxlamaq;
Əmək Məcəlləsində müəyyən edilmiş məhdudiyyətlər nəzərə alınmaqla işəgötürənin tapşırığı ilə ezamiyyətə getmək.
Ezamiyyət işəgötürənin əmri (sərəncamı, qərarı) ilə işçinin müəyyən olunmuş müddətə iş yerindən başqa yerə işəgötürənin qanunauyğun tapşırığını yerinə yetirmək üçün getməsi hesab ediləcək.