Xəbər lenti

Müəllimlər üçün şad xəbər - Bu halda 1300 manat maaş alacaqlar
Ölkə07:10 06.06.2024

Müəllimlər üçün şad xəbər - Bu halda 1300 manat maaş alacaqlar

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bu gün ölkədə sertifikasiya imtahanından uğurla keçən müəllimin orta aylıq əməkhaqqı 1300 manatdır.
Qaynarinfo Report-a istinadən xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqin Bağırov deyib.
O bildirib ki, belə müəllimlərin sayı 8 minə yaxındır. Bu il keçiriləcək sertifikasiya imtahanı nəticələrinə görə yeni tədris ilində 20 mindən çox şəxsin müəllim sırasına qoşulması nəzərdə tutulur.