Xəbər lenti

Müğənni Doğuş ölümdən döndü
Ölkə04:35 31.08.2021

Müğənni Doğuş ölümdən döndü

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Türkiyənin populyar müğənnilərindən olan Doğuş ölüm təhlükəsilə üzləşib.
Qaynarinfo xəbər verir ki, bu barədə "Haber Global” məlumat yayıb. 
İfaçı ailəsilə birlikdə gəmiylə gəzintiyə çıxıb.
Oksigen balonu olmadan dərinliyə dalan Doğuşun bir müddət üzə çıxmadığını görən gəmi kapitanı suya atılaraq, məşhuru xilas edib.
Müğənni hər ehtimala qarşı xəstəxanaya yerləşdirilib. Onun səhhətində ciddi problemin olmadığı bildirilib.
Qeyd edək ki, Doğuş teleaparıcı Xoşqədəm Hidayətqızı ilə evlidir.