Xəbər lenti

Müğənni pərəstişkarının həbs olunmasını istəyir
Ölkə10:16 06.06.2016

Müğənni pərəstişkarının həbs olunmasını istəyir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Müğənni Sıla pərəstişkarını məhkəməyə verib.

Qafqazinfo Türkiyə KİV-nə istinadən xəbər verir ki, iki həftə əvvəl şübhəli M.N müğənnini yolda görüb, qolunu tutaraq onunla danışmaq istəyib.

Buna əsəbiləşən müğənni prokurorluğa müraciət edib, “insanların dinc və sakit həyatını pozmaq” günahı ilə həbs olunmasını tələb edib.

Sılanın vəkili Rza Epözdemir pərəstişkarın təcavüz məqsədiylə hərəkət etdiyini iddia edib:

“Hadisə iki həftə əvvəl olub. Həmin şəxs küçədə gəzən Sılanı görüb, qolundan tutub. Sıla onun kimliyini soruşub, cavab verməyib. Sənətçinin arxasınca qaçaraq yenə qollarından yapışıb”.

Qaynarinfo.az