Xəbər lenti

"Müharibə uşaqları" Asiya Kubokunda tarix yazdı
İdman07:42 24.01.2024

"Müharibə uşaqları" Asiya Kubokunda tarix yazdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Hazırda müharibə vəziyyətində olmasına baxmayaraq Fələstin millisi Asiya Kubokunda tarix yazıb.
Qaynarinfo-nun məlumatına görə, komanda Oday Dabbağ (2) və Zaid Qunbarın qolları ilə Honq Konq üzərində 3:0 hesablı qələbə qazanıb. Bu Fələstin millsinin turnir tarixində ilk qələbəsi olub və 1/8 finala yüksəliblər.
Makram Daboubun rəhbərlik etdiyi kolletiv 2023-cü ilin martından bəri heç bir rəsmi oyunda qalib gəlməmişdi. Bu qələbədən sonra Fələstin dörd xalla turnirin ən yaxşı qrup üçüncülərindən biri olub. 
Fələstinlilər 2015-ci ildə qrupda keçirdiyi hər üç oyunda uduzmuşdu. 2019-cu ildə isə heç-heçə etmişdilər. Bu turnirə qədər onlar cəmi bir qol vurmuşdular. 
Səbuhi Həsənov