Xəbər lenti

Müharibə veteranı "Azəriqaz"da işlə təmin olunmaq istəyir (FOTOLAR)
Ekonomiks13:48 22.08.2022

Müharibə veteranı "Azəriqaz"da işlə təmin olunmaq istəyir (FOTOLAR)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Torpaqlarımızın azadlığı uğrunda gedən Vətən müharibəsinin iştirakçısıyam. Qubadlı istiqamətində gedən döyüşlərdə iştirak etmişəm. Müharibə veteranı kimi sizdən xahiş edirəm ki, SOCAR "Azəriqaz" İstehsalat Birliyində müvafiq işlə təmin olunmağımda mənə köməklik göstərəsiniz".
Qaynarinfo xəbər verir ki, bu sözləri Şamaxı rayonunun Məlikçobanlı kənd sakini Eltac Heydərov bu gün keçirilən "Açıq mikrofon" aksiyası zamanı bildirib. Birliyin Ağsu Regional qaz istismarı İdarəsinin rəisi Osman Behbudov işə qəbul prosesi ilə bağlı Vətən müharibəsi iştirakçısına ətraflı məlumat verib.
Görüşə Hacıqədirli, Nağaraxana, Məlikçobanlı, Quşçu və Qəleybuğurd kəndlərindən qatılan sakinlər qapı keçidinin quraşdırılması, küçə qaz xəttinin çəkilişi, işə qəbul, fərdi qazlaşma ilə bağlı müraciət ediblər. Regional İdarənin rəhbərliyi tərəfindən hər bir vətəndaş fərdi qaydada dinlənilib, qeydlər aparılaraq sakinlərə lazımi məlumatlar verilib.