
Milli Məclisin üzvü Fazil Mustafa ötən gecə cəbhə xəttində baş verənlərdən yazıb. Musavat.com deputatın Facebook-da bölüşdüyü fikirləri təqdim edir:
“8 hərbçimizin şəhid olması hamımızı üzdü. Allah rəhmət etsin! Bu rəqəm böyükdür və düşündürücüdür. Əsgərlərimizin silahla davranış vərdişini artırmaq üçün orta məktəblərdə hərbi dərsləri bərpa etmək zəruridir. Atıcılıq klublarının açılmasını təşviq etmək, gənclər arasında hərbi oyunları müntəzəm keçirmək vacibdir. Çox vaxt əsgərlərin ölümü təcrübəsizlikdən olur, kifayət qədər hazırlıqlı əsgər düşmən hücumu zamanı çaşqın vəziyyətə düşmür. İki-üç aya əsgərdə ibtidai hərbi vərdişləri yaratmaq çox çətindir, mütləq baza olmalıdır.
Sual verirlər ki, şəhidlərimizə görə matəm elan edək, ya etməyək? Əlbəttə onları layiqli şəkildə dəfn etməliyik, ailələrinin qayğısına qalmalıyıq. Ancaq müharibənin gedişində matəm elan olunmur, sadəcə buraxılan səhvlər düzəldilərək növbəti döyüşə hazırlaşılır”.
Qaynar.info